Vergi Məcəlləsinə edilmiş dəyişiklik

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 01.01.2022-ci il tarixdən etibarən Əmlak vergisinin hesablanması zamanı vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əmlakının dəyəri fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobillərinin dəyərində azaldılır.

Nə dəyişdi?
Mexaniki nəqliyyat vasitələri üzrə verilən güzəştlər (fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri istisna olmaqla);
Müəssisələrin balansında olan, sərnişin və yük daşımalarında istifadə edilən su nəqliyyatı vasitələrinə görə ödənilməli olan əmlak vergisinin məbləğinin 25 faiz azaldılması şəklində verilən güzəştlər ləğv edildi.

Qeyd edilənlərə əsasən müəssisələrə və fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunan avtomobillərə görə əmlak vergisi hesablanaraq ödənilməlidir.

Xidmət təklifi al

Onlayn yaz!
Adətən bir saat ərzində cavab verir

Salam 👋

Sizə necə kömək edə bilərik?
08:58
×
Sualınız var?