Bu
Vebsaytdan istifadə etməklə siz bu Məxfilik Bildirişində qeyd olunmuş sizə məxsus
məlumatların istifadəsinə razılıq vermiş olursunuz.
Məlumatların
toplanması
Bir
ziyarətçi kimi siz Vebsaytdan istifadə etmək üçün heç bir şəxsi məlumat təqdim
etməli deyilsiniz. Bu Vebsaytda yalnız xüsusi və könüllü olaraq ziyarətçilər
tərəfindən təqdim olunan məlumatlar toplanır. Belə məlumat sizin adınızdan,
cari vəzifənizdən, şirkətin ünvanından, e-poçt ünvanınızdan, telefon və faks
nömrələrinizdən ibarət ola, lakin onlarla məhdudlaşmaya bilər.
Həmçinin,
biz bloq yazıları, forumlar, vikilər kimi sizin təqdim etdiyiniz, lakin onlarla
məhdudlaşmayan hər hansı digər məlumatları və bizim təqdim etdiyimiz digər
sosial tətbiqi proqramları və xidmətləri də saxlaya və onlar üzərində işləyə
bilərik.
Adətən,
biz ziyarətçilərdən həssas məlumatları (məs., irqi və etnik mənsubiyyət, dini
etiqad, məhkumluq tarixçəsi, fiziki və ya psixi sağlamlıq və ya cinsi
oriyentasiya) əldə etməyə çalışmırıq. Lazım olduqda biz belə məlumatların
toplanması və istifadə edilməsi üçün sizin birbaşa razılığınızı alacağıq.
Qeydiyyat məlumatı, kukilər və veb mayaklar
Sayt,
sizin İP ünvanınız, brauzerinizin növü və dili, giriş vaxtlarınız və
yönləndirici vebsayt ünvanı kimi standart internet qeydiyyat məlumatlarını
toplayır. Vebsayta ciddi nəzarətin olmasını təmin etmək və təkmilləşdirilmiş
naviqasiyaya imkan yaratmaq məqsədilə biz və ya bizim xidmət tədarükçülərimiz ümumi
məlumatları toplamaq üçün kukilərdən (istifadəçinin brauzerində saxlanan kiçik
mətn faylları) və ya Veb mayaklardan (Konkret səhifəyə daxil olmuş
ziyarətçilərin sayını qeyd etmək və müəyyən kukilərə çıxış əldə etmək üçün
Vebsayta imkan yaradan elektron şəkillər) istifadə edə bilər. Kukilərdən
istifadə qaydalarımız və digər izləyici texnologiyalar, eləcə də bunlara
nəzarət etməyin qaydaları barədə əlavə məlumatı bizim kuki bildirişdən əldə edə bilərsiniz.
Məlumatlardan istifadə
Bəzən,
məsələn, konkret məlumatlara çıxış əldə etmək, konfransda iştirak etmək,
sorğuya cavab vermək və ya xüsusi maraq dairəsi barədə məlumatlar üçün sorğu
göndərmək məqsədilə bu sayt vasitəsilə şəxsi məlumatlar təqdim edə bilərsiniz.
Belə hallarda təqdim etdiyiniz məlumat sizin sorğunuzu cavablandırmaq, bu
Vebsaytı və sizə təklif olunan xidmətləri sizin tələblərinizə uyğunlaşdırmaq və
təkmilləşdirmək üçün istifadə ediləcək. Həmçinin, biz marketinq məqsədləri üçün
və xidmətlərlə bağlı sizin marağınıza səbəb ola biləcək reklam xarakterli
materiallar və ya məlumatlar göndərmək üçün sizin şəxsi məlumatlarınızdan
istifadə edə bilərik.
Sizin
şəxsi məlumatlarınız bizim və istifadəçilərimizin hüquqlarını və ya
mülkiyyətini qorumaq və müvafiq olduqda, hüquqi proseslər üzrə tələbləri yerinə
yetirmək məqsədilə də istifadə edilə bilər.
Siz,
bu Vebsayt vasitəsilə şəxsi məlumatlar təqdim edərkən cavab olaraq sizə
göndərdiyimiz elektron məktubların və ya digər məlumatların dayandırılmasını istənilən
zaman tələb edə bilərsiniz.
Məlumatların üçüncü tərəflərə açıqlanması
Şəxsi
məlumatlar istənilən halda hüquqi və ya qanunvericilik üzrə öhdəlikləri və ya
tələbləri yerinə yetirməklə hüquq-mühafizə orqanlarına, tənzimləyici və ya
digər dövlət orqanlarına, yaxud digər üçüncü tərəflərə də açıqlana bilər.
Bu Vebsayt vasitəsilə məlumat təqdim etməklə siz
yuxarıda qeyd olunmuş açıqlamalara razılıq vermiş olursunuz.
Bloqlar, forumlar, vikilər və digər sosial media
Bu
Vebsaytda müxtəlif bloqlar, forumlar, vikilər və digər sosial media proqramları
və ya xidmətləri yerləşdirilə bilər ki, bu da məlumatları digər istifadəçilərlə
bölüşməyə imkan yaradır (birlikdə "Sosial
Tətbiqi Proqramlar"). Sosial Tətbiqi Proqrama daxil etdiyiniz hər
hansı şəxsi və ya digər məlumatlar həmin proqramın qismən nəzarətimizdə olan və
ya ümumiyyətlə nəzarətimizdə olmayan digər istifadəçiləri tərəfindən oxuna,
toplana və istifadə edilə bilər. Bu səbəbdən biz hər hansı digər istifadəçilər
tərəfindən Sosial Tətbiqi Proqramlara daxil etdiyiniz şəxsi məlumatlardan istifadə
və ya sui-istifadə edilməsinə və yaxud qeyri-qanuni mənimsənilməsinə görə
məsuliyyət daşımırıq.
Məlumatlara çıxış
Məlumatlarını yeniləmək üçün belə məlumatlara çıxış imkanı əldə etmək istəyən və ya informasiya mübadiləsini davam etdirmək istəməyən ziyarətçilər bizimlə əlaqə keçidindən istifadə edərək inzibatçı xidməti ilə əlaqə yaratmalıdır. İstənilən halda biz, müvafiq hüquqi tələblərə uyğun olaraq məlumatlara çıxış əldə etmək və ya dəyişiklik etmək üzrə müraciətləri nəzərə alacağıq.
İnformasiya təhlükəsizliyi
Biz,
ziyarətçilər tərəfindən bu Vebsayt vasitəsilə təqdim edilmiş bütün məlumatları
icazəsiz istifadədən, açıqlanmadan, dəyişilmədən və ya məhv edilmədən qorumaq
məqsədilə texnologiyalar və əməliyyat təhlükəsizliyi üzrə münasib kommersiya
standartları müəyyən etmişik.
Məxfilik Bildirişimizə Dəyişikliklər
Biz,
öz mülahizəmizə əsasən bu Məxfilik Bildirişinə vaxtaşırı dəyişiklik və ya
düzəlişlər edə bilərik. Bildirişə dəyişikliklər etdikdə bu səhifənin yuxarı
hissəsindəki yenilənmə tarixinə də düzəliş edəcəyik və belə dəyişiklik və ya
düzəliş edilmiş Məxfilik Bildirişi həmin yenilənmə tarixindən etibarən sizə və
ya sizə məxsus məlumatlara da aid olacaq. Sizə məxsus məlumatların qorunması
üzrə qaydalarımız barədə məlumatlı olmaq üçün vaxtaşırı bu Məxfilik Bildirişini
nəzərdən keçirməyinizi tövsiyə edirik.
Uşaqların fərdi məlumatlarının qorunması
Biz
interaktiv internet sahəsində uşaqların fərdi məlumatlarının qorunmasının əhəmiyyətli
olduğunu başa düşürük. Bu Vebsayt 13 yaşlı və daha kiçik uşaqlar üçün nəzərdə
tutulmamışdır. Bilərəkdən 13 yaşlı hər hansı şəxs barədə məlumatları toplamaq
və ya saxlamaq bizim siyasətimizə daxil deyildir.
Ziyarətçilərin sualları
Bu
Vebsaytdan istifadə edərkən sizə məxsus məlumatların məxfiliyi ilə bağlı hər
hansı sualınız və ya narahatlığınız olarsa, bizimlə əlaqə keçidindən
istifadə edərək inzibatçı xidməti ilə əlaqə yarada bilərsiniz.