Hər bir sahibkara uğurlu biznes üçün lazım olan sahələrdən biri də mühasibatlıqdır. Düzgün mühasibat uçotunun aparılması, bütün hesabatların qaydasında, yerli-yerində olması, şirkətin uğurlu olmasına gətirib çıxaran başlıca amillərdəndir.
Bəzən isə rəqəmlər sahibkarları olduqca yorur.
Bu zaman sizə SAMADOV Hüquq və Audit kömək edəcək. Siz öz mühasibatlıqla əlaqəli bütün işlərinizi bizim mühasiblərə həvalə edə bilərsiniz!
SAMADOV Hüquq və Audit sizə:
- Mühasibat uçotunun AR qanunvericiliyi və normativ-hüquqi aktlarına əsasən aparılmasını təmin edilməsi
- Bütün dövlət orqanları tərəfindən təyin olunmuş yoxlamaların qəbul edilməsi, təhlili və müştəriyə lazımi məlumatların verilməsi
- DVX və DSMF tərəfindən daxil olan bütün növ məktubların, müraciətlərin, uyğunsuzluq məktubların cavablandırılmasının təmin edilməsi
- "Sifarişçi” tərəfindən təqdim olunan sənədlər və yazılı məlumatlar əsasında daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Gündəlik əməliyyatların daxil olan məlumatlar əsasında həyata keçirilməsi
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması
- DSMF, DVX, Statistika və digər Dövlət orqanlarına mühasibat uçotu əsasında hesabatların təqdim edilməsi
- Sıfırdan mühasibat uçotunun qurulması və aparılması
- 1C proqram təminatında uçotun aparılması
xidmətlərini təklif edir.
Siz düşünməyin, Biz həll edərik!