Vergi
Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 01.01.2022-ci il tarixdən etibarən
sərnişin və yük daşıma fəaliyyəti növü üzrə təqvim ayının sonunadək hesablanmış
sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi
ilə yanaşı eyni vaxtda icbari tibbi sığorta haqqını da tam məbləğdə ödəməklə
ödəniş sənədləri və ərizə ilə birlikdə Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə
müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə
sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyinə) təqdim
edilməklə istəyə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi
hesabat blankı olan “Fərqlənmə nişanı” alınmalıdır.
Bu
fəaliyyətə görə vergi orqanına bəyannamə təqdim edilmir.