“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası
Qanununa əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmış müəssisələr və son 12
aylıq dövriyyəsi 200.000 manatdan yuxarı olan müəssisələr təqvim ayı üzrə
30.000 manatdan artıq, ƏDV ödəyicisi olmayan və dövriyyəsi 200.000 manatdan
aşağı olan vergi ödəyiciləri isə təqvim ayı ərzində 15.000 manatdan artıq
olan məbləğləri nağdsız formada ödəməlidir.Qanunun tələbləri pozulduğu halda
vergi ödəyiciləri aşağıdakı maliyyə sanksiyalarına məruz qalır:
Təqvim ili ərzində ilk dəfə baş verərsə - ümumi
məbləğin 10 %-i
Təqvim ili ərzində ikinci dəfə baş verərsə - ümumi məbləğin 20 %-i
Təqvim ili ərzində üç və daha çox belə hal baş verərsə - ümumi məbləğin 40 %-i
12 sentyabr 2023, 13:51 0000, 00:00