Konsultasiya üçün zəng
+994 51 230-29-21

Mükafatların sənədləşdirilməsi

AR Əmək Məcəlləsinin 157.6 maddəsinə əsasən:

Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

İşçilərə müəssisə tərəfindən verilən mükafatlar 2 cür ola bilər:
• Əmək müqaviləsində əks olunan əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar (stimullaşdırıcı xarakter daşıyan)
• Əmək müqaviləsində əks olunmayan və əmək haqqı sistemi ilə nəzərdə tutulmayan mükafatlar. Müəssisənin rəhbərliyinin qərarı əsasında birdəfəlik mükafatlar-hədiyyələr (sosial xarakter daşıyan).

Əmək müqaviləsində əks olunan əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar.
AR Əmək Məcəlləsinin 157.2-ci maddəsinə görə, işəgötürən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin müxtəlif formalarını tətbiq edə bilər.

Əmək müqaviləsində əks olunmayan və əmək haqqı sistemi ilə nəzərdə tutulmayan mükafatlar.
AR Əmək Məcəlləsinin 185-ci maddəsinə görə, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən mükafatlandırıla bilər.
Birdəfəlik mükafatların kimə, hansı məbləğdə və hansı formada verilməsi müəssisə rəhbərinin əmri ilə təsdiq edilir.

Xidmət təklifi al

Onlayn yazın!
Adətən bir saat ərzində cavab verir

Salam 👋

Hansı xidmətlə maraqlanırsınız?
11:14
×
Onlayn yazın!