Konsultasiya üçün zəng
+994 51 230-29-19

Ezamiyyətin sənədləşdirilməsinin qaydaları

Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti #ezamiyyət sayılır. Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Ezamiyyət 2 cür olur:

1. Daxili ezamiyyət

2. Xarici ezamiyyət

Ezamiyyələr zamanı müvafiq #əmrlə yanaşı, işçiyə bu qaydaların əlavəsinə uyğun olaraq «Ezamiyyə vəsiqəsi» verilir. İşçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət #40 gündən yuxarı ola bilməz. Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul #avansı verilir. İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını #3 gün ərzində təqdim etməlidir.

Xidmət təklifi al

Onlayn yazın!
Adətən bir saat ərzində cavab verir

Salam 👋

Hansı xidmətlə maraqlanırsınız?
11:43
×
Onlayn yazın!