Əvəzləşdirilən və büdcəyə ödənilməli olan ƏDV
Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV.
Əvəzləşdirilən ƏDV-nin məbləği ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənildikdə ödənilmiş ƏDV məbləğidir.
Malların (işlərin, xidmətlərin) barter edilməsi zamanı həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur.
Əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir:
- hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt;
- hesabat dövrü ərzində malların idxalı üzrə - gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt. Əgər idxal olunan mallar gömrük rüsumlarından azad edilirsə, malların idxal edilməsi vaxtı onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt sayılır.
- vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir.
ƏDV ödəyicisi olan "A" müəssisəsinin göstərdiyi xidmətlərə görə iyun ayında bank hesabına 100 000 AZN və ƏDV depozit hesabına 18 000 AZN ƏDV məbləği daxil olmuşdur. Müəssisə həmin ayda 35 400 AZN (ƏDV daxil) dəyərində alınan mallara görə nağdsız ödəniş etmişdir.
Belə olduqda, iyun ayında "A" müəssisəsi 18 000 AZN ƏDV hesablamalıdır, və onun 5 400 AZN dəyərində ƏDV əvəzləşdirmə hüququ var.
Beləliklə, iyun ayında büdcəyə ödənilməli olan ƏDV olacaqdır:
18 000 AZN - 5 400 AZN = 12 600 AZN
0000, 00:00