Aylıq - Əlavə dəyər vergisi Bəyannaməsi -ƏDV üzrə hesabat
dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər
hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidirlər.
Rüblük - Sadələşmiş
vergi bəyannaməsi, Ödəmə mənbəyindən vergi bəyannaməsi (ÖMV), Muzdlu və
qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamə hər 3 aydan bir verilir və hər rübdən
sonrakı ayın 20sinə qədər təqdim edilməlidir.
İllik - Vergi Məcəlləsinin
149.1-ci maddəsində göstərilən şəxslər (sahibkarlıq fəaliyyətindən gəlir əldə
edən qeyri-kommersiya təşkilatları) hesabat ilindən sonrakı ilin mart ayının
31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər.