Vergi Məcəlləsinə edilmiş son dəyişiklik təklifi qəbul
olunduğu halda uzun müddətdir ki, qeyri müəyyən olan sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxslərin (fərdi sahibkarlar) ödəməli olduqları əmlak
vergisinin dövlət və ya yerli büdcəyə ödənilməli olması ilə bağlı müzakirələrə
kökündən son qoyacaq. Belə ki, 6.1.5-ci maddəyə “hüquqi şəxslərin” sözlərindən
sonra “və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal (VÖEN-i (Vergi
Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) olmayan fziki şəxslər nəzərdə tutulur)
istisna olmaqla, fiziki şəxslərin” sözləri əlavə edilməsi təklif olunur.
Bu təklif qəbul
olunduğu halda VÖEN-i olan fiziki şəxslər üzrə əmlak vergisi dövlət vergilərinə
aid edilməklə dövlət büdcəsinə ödəniləcək. Bundan əlavə, təklif olunan dəyişikliyə
əsasən Vergi Məcəlləsinin 8.1.3-cü maddəsi (yerli əhəmiyyətli tikinti
materialları üzrə mədən vergisi) ləğv olunur. Qəbul olunduğu təqdirdə, yerli əhəmiyyətli
tikinti materialları üzrə mədən vergisi də, dövlət vergisi hesab olunmaqla dövlət
büdcəsinə ödəniləcəkdir.