Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 01.01.2022-ci il
tarixdən etibarən Əmlak vergisinin
hesablanması zamanı vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əmlakının
dəyəri fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan
minik avtomobillərinin dəyərində azaldılır.
Nə dəyişdi?
Mexaniki nəqliyyat
vasitələri üzrə verilən güzəştlər (fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində
istifadə olunmayan minik avtomobilləri istisna olmaqla);
Müəssisələrin
balansında olan, sərnişin və yük daşımalarında istifadə edilən su nəqliyyatı
vasitələrinə görə ödənilməli olan əmlak vergisinin məbləğinin 25 faiz
azaldılması şəklində verilən güzəştlər ləğv edildi.
Qeyd edilənlərə əsasən
müəssisələrə və fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə
olunan avtomobillərə görə əmlak vergisi hesablanaraq ödənilməlidir.