Pos-terminalın quraşdırılmasını zəruri edən bir neçə səbəb
var, bunlar aşağıdakılardır :
1. Dövriyyəsindən və ərazisindən asılı olmayaraq,
ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin
ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);
2. Rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min)
manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri)
;
3. Hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus
minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat
vasitələri;
4. Dövriyyəsindən və ərazisindən asılı olmayaraq,
avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq
kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri,
mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və
avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata
keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin
(obyektinin) qeydiyyata alındığı tarixdən);
5. Vergilərin və göstərilən xidmətlərə (işlərə)
görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları.