Günümüzdə yəqin ki “MMC yaratmaq” “MMC və digər şirkət quruluşlarının fərqləri” kimi ifadələrlə tez-tez qarşılaşırsınız. Hüquqi şəxslərin ən çox yayılmış formalarından başlıcası da MMC-dir.
MMC nədir?
MMC yəni - bir və ya bir neçə şəxs (fiziki şəxs və ya hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət Məhdud Məsuliyyətli Cəmiyyət sayılır.
Ticarətlə məşğul olan, məhsul xidmət göstərən, məhsul istehsal edən istənilən kommersiya müəssisəsi MMC adlanır.
MMC fəaliyyət göstərən zaman əldə edilən qazanc onu təsis edənlər arasında ümumi razılığa əsasən bölünə bilər. Əldə edilən qazanc nizamnamə kapitalındakı paya mütənasib olaraq bölünür.
MMC-nin digər şirkət quruluşları ilə müqayisədə hansı üstünlükləri var?
MMC-nin başlıca üstün tərəflərindən biri, Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri müəssisənin öhdəlikləri üzrə məsuliyyət daşımır, sadəcə cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları əmlakın dəyəri həddində risk daşıyırlar.
Yəni, şirkət müflisləşərsə, borcları yaranarsa, MMC-nin təsisçilərindən, iştirakçılarından öz qoyduqları dəyərdən əlavə pul alına və ya şəxsi vəsaitinə toxunula bilməz. Çünki müflisləşmə sadəcə şirkətə aiddir və şirkət borcudur, onların şəxsi büdcəsinə aid olan borc deyil.
MMC-də maksimum neçə iştirakçı ola bilər?
MMC yaradarkən maksimum 50 iştirakçı ola bilər. 50 iştirakçıdan çox olduqda isə MMC-nin ASC (Açıq Səhmdar Cəmiyyət) kimi fəaliyyət göstərməsi mümkündür. İştirakçıların maksimum sayı 50-ni 1 nəfər olsa belə ötərsə və onlar sayı azaltmaq və ya ASC kimi fəaliyyət göstərmək istəməzlərsə, bu halda Cəmiyyət qanuni olaraq məhkəmə yolu ilə ləğv edilməlidir.
MMC yaradılan zaman hansı sənədlər lazımdır?
MMC-ni həm online formada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin saytında həm də Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsində qeydiyyatdan keçirmək olar.
Online formada qeydiyyatdan keçmək, MMC yaratmaq üçün https://www.e-taxes.gov.az saytına daxil olub, tələb olunan məlumatları doldurmalısınız.
Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsində MMC-nin dövlət qeydiyyatından keçirilməsi üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Hüquqi şəxsin qeydiyyatı haqqında ərizə. Bu ərizə təsisçi (əgər bir neçə təsisçi varsa, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada təyin etdiyi səlahiyyətli şəxs tərəfindən imzalanaraq notarial qaydada təsdiqlənir. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:
- əgər təsisçi(lər) fiziki şəxs(lər)dirsə, o halda onun (onların) ad(lar)ı, soyad(lar)ı, ata ad(lar)ı, yaşayış yeri, şəxsiyyəti təsdiq edən sənədin nömrəsi və verildiyi tarix;
- əgər təsisçi(lər) hüquqi şəxs(lər)dirsə, o halda onun (onların) ad(lar)ı, yerləşdiyi yer və qeydiyyat nömrəsi.
2. Cəmiyyətin nizamnaməsi. Bu sənəddə cəmiyyət iştirakçılarının adları və soyadları, nizamnamə kapitalının həcmi, hər bir iştirakçının payı (əgər təsisçilər bir neçə hüquqi şəxsdirsə), idarəetmə orqanları haqqında məlumatlar, ödənişlərin həyata keçirilməsində yol verilən pozuntulara görə nəzərdə tutulmuş məsuliyyət öz əksini tapmalıdır.Cəmiyyətin nizamnaməsində, həmçinin, nizamnamə kapitalındakı payın başqa şəxsə ötürülməsi qaydası da əks olunmalıdır. MM-nin 93.2-ci maddəsinə əsasən, əgər nizamnamədə başqa müddəa nəzərdə tutulmayıbsa, iştirakçının öz payını (və ya onun bir hissəsini) özgəninkiləşdirməsinə yol verilir. Beləliklə, adi halda cəmiyyətin istənilən iştirakçısı öz payını başqa bir şəxsə sata və ya ötürə bilər.
3. Məhdud məsuliyyətli cəmiyyətin təsis olunması haqqında qərar (bəzən bu, “təsis müqaviləsi” də adlandırılır). Qərarda təsisçinin hüquqi şəxs statusu almaq istəyən strukturu təsis etmək niyyəti, yenidən təşkil və şirkəti tərk etmə şərtləri göstərilir. Bu qərar bütün təsisçilər tərəfindən imzalanmalıdır.
4. Qeydiyyat rüsumunun ödənilməsi haqqında sənəd. Hal-hazırda bu rüsum 15 manatdır. Qeyd edək ki, dövlət qeydiyyatı 2 iş günü ərzində həyata keçirilməlidir.
5. MMC-nin qeydiyyatı ilə bağlı səlahiyyətli nümayəndəyə veriləcək etibarnamə.
Siz də ən qısa zamanda və problemsiz bir şəkildə öz Məhdud Məsuliyyətli Cəmiyyətinizi yaratmaq, adını dəyişmək, bir sözlə MMC ilə bağlı bütün məsələlərin sürətli həllini istəyirsinizsə Samadov Hüquq və Audit sizin üçün doğru ünvandır.
Siz düşünməyin, Biz həll edərik!
18 September 2023, 16:29 0000, 00:00