Malların ixrac qeydi ilə satışı – malların ixrac edilməsi məqsədilə istehsalçılar tərəfindən ixracatçılara Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş Qaydalara uyğun olaraq satışıdır.
İxrac qeydi ilə satılan malların ixracı - gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikasının ərazisindən çıxarılmasıdır.
İxrac qeydi ilə satılan mallara Azərbaycan Respublikasının ərazisində istehsal olunan qeyri-neft məhsulları aid edilir.
Əsaslandırma: Vergi Məcəlləsinin 13.2.84-cü maddəsi və "Malların ixrac qeydi ilə satışı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı