İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə,
yaxud keyfiyyətsiz yerinə yetirdikdə, AR Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə
tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili
intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən
birini verə bilər:
töhmət vermək;
sonuncu xəbərdarlıqla
şiddətli töhmət vermək;
kollektiv müqavilələrdə
nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə
cərimə etmək;
işçi özünün əmək
funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə,
yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsini ləğv etmək.
Struktur bölmənin
rəhbəri intizam qaydalarının pozulmasını aşkar etdikdə ən azı 2 nəfərin
iştirakı ilə akt tərtib etməlidir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya
icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər.
İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə
daxil edilmir. İntizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra işçiyə
intizam tənbehi verilə bilməz. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən
işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən
imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
İntizam tənbehi
onu vermək səlahiyyəti olan vəzifəli şəxsin əmri ilə sənədləşdirilir.
Əmr-də
aşağıdakılar qeyd edilməlidir:
işçinin əmək
intizamını pozan əməli;
intizam tənbehinin
növü;
əmək intizamının
pozulmasını təsdiq edən sənədlər və işçinin yazılı izahatı
Onu da qeyd edək
ki, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini
dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən
verilə bilər.