“SAMADOV” Consulting mülki qanunvericiliyin normalarına tam
cavab verən bütün növ yerli və xarici hüquqi şəxslərin qeydiyyatını həyata
keçirməkdə Sizə aşağıdakı hüquqi xidmətləri göstərir:
- hüquqi şəxslərin (şirkətlərin) təsis edilməsi və
dövlət qeydiyyatına alınması üzrə xidmətlər;
- hüquqi şəxslərin (xarici hüquqi şəxslərin),
onların filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması;
- təsis sənədlərində edilmiş dəyişikliklərin
(qanuni təmsilçi, ünvan, təsisçilərin, nizamnamə kapitalındakı payların, hüquqi
şəxsin adının və təşkilatı hüquqi formasının dəyişdirilməsi) və qeydə alınmış
faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması;
- nizamnamə kapitalındakı payların digər şəxslərə
keçməsinin həyata keçirilməsi;
- hüquqi şəxsin yenidən təşkili;
- hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik
və ya filialının ləğvi.