Əmtəə nişanının qeydiyyatının üstünlükləri hansılardır ?
1. qeydiyyata alınmış əmtəə nişanı sahibinə müstəsna
hüquq verir, yəni yalnız əmtəə nişanının sahibi nişan üzərində müstəsna
hüquqlara malik olur və ona məxsus nişandan başqalarının qanunsuz istifadə etməsinə
qadağa qoya bilər.
2. qeydiyyata alınmış əmtəə nişanı bir
istehsalçının əmtəə və xidmətlərinin digər istehsalçının əmtəə və xidmətlərindən
fərqləndirir. Burda əmtəənin forması, dizaynı əsas cəhət hesab olunur.
3. qeydiyyat sizi qanun pozuntularından və haqsız
rəqabət aparanlardan qoruyur. Bundan əlavə nişandan üçüncü tərəfin qanunsuz
istifadəsi və ya məhkəmə çəkişmələrində ortaya çıxan mübahisələr zamanı nişan
sahibinin xeyrinə qərar qəbul etməyə əsas verir.
4. qeydiyyatdan keçmiş əmtəə nişanı məhsulun yüksək
keyfiyyətinə zəmanət vermiş olur. Bu da istehlakçıların məhsula olan inamını
artırmaqla yanaşı, onu saxta məhsuldan ayıra bilmələri üçün yardımçı olur.
5. əmtəə nişanının tanınması, yəni istehlakçılar
arasında nüfuz qazanması onun sahibinə bazarda daha çox gəlir əldə etməkdə kömək
edir.
6. Əmtəə nişanının qeydiyyatı üçün bizə müraciət
edin.