Cari vergi ödəmələrinin hesablanması haqqında arayış

"Cari vergi ödəmələrinin hesablanması haqqında" arayış Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən tərtib olunmaqla təqdim edilir. Qaydaya əsasən, vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verməlidir. Vergi Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulmuş metodda hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Vergi Məcəlləsinin 151.2-ci maddəsində nəzərdə tutulmuş metodda isə vergi ödəmələrinin məbləği bu rübdəki gəlirin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir.

Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün Vergi Məcəlləsinin 151.2-ci maddəsindəki metodu seçdiyi halda, mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə arayışı (cari və ya dəqiqləşdirilmiş) hər rüb başa çatdıqdan sonra 15 gün ərzində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda, vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödədikləri üçün onlar tərəfindən dövlət vergi orqanlarına arayış təqdim edilmir.

Get a price offer

Write online!
Typically replies within an hour

Hi there 👋

How can I help you?
08:18
×
Have any Questions?