Vergi Məcəlləsinə edilmiş son dəyişiklik

Vergi Məcəlləsinə edilmiş son dəyişiklik təklifi qəbul olunduğu halda uzun müddətdir ki, qeyri müəyyən olan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (fərdi sahibkarlar) ödəməli olduqları əmlak vergisinin dövlət və ya yerli büdcəyə ödənilməli olması ilə bağlı müzakirələrə kökündən son qoyacaq. Belə ki, 6.1.5-ci maddəyə “hüquqi şəxslərin” sözlərindən sonra “və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal (VÖEN-i (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) olmayan fziki şəxslər nəzərdə tutulur) istisna olmaqla, fiziki şəxslərin” sözləri əlavə edilməsi təklif olunur.
Bu təklif qəbul olunduğu halda VÖEN-i olan fiziki şəxslər üzrə əmlak vergisi dövlət vergilərinə aid edilməklə dövlət büdcəsinə ödəniləcək. Bundan əlavə, təklif olunan dəyişikliyə əsasən Vergi Məcəlləsinin 8.1.3-cü maddəsi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi) ləğv olunur. Qəbul olunduğu təqdirdə, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi də, dövlət vergisi hesab olunmaqla dövlət büdcəsinə ödəniləcəkdir.

Получи ценовое предложение

Пишите онлайн!
Обычно отвечает в течение часа

Привет 👋

Чем мы можем вам помочь?
08:45
×
Есть вопросы?