Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı

Vergi ödəyicilərinin təsərrüfat subyekti (obyekti) olduqda həmin təsərrüfat subyekti (obyekti) vergi məcəlləsinə uyğun olaraq vergi uçotuna alınmalıdır. 01.01.2022 tarixindən etibarən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən müəssisənin obyekt kodunun olmamasına görə mikro sahibkarlıq subyektlərinə 40 AZN, kiçik, orta və iri sahibkarlıq subyektlərinə isə 400 AZN  məbləğində cərimə tətbiq ediləcəkdir. 

 

İstinad : Vergi Məcəlləsi Maddə, Bənd 58.2-1.



 Vergi ödəyicisinin bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyektinin (obyektinin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmamasına və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Получи ценовое предложение

Пишите онлайн!
Обычно отвечает в течение часа

Привет 👋

Чем мы можем вам помочь?
09:23
×
Есть вопросы?