Konsultasiya üçün zəng
+994 51 230-29-21

Tender

“Tender alqı-satqısı” “Tender keçirilməsi” “Açıq tender” ifadələrini yəqin ki, hər biriniz ən azı bir dəfə eşitmisiniz.

Bu ifadələri bir çoxumuz eşitsək də, mənaları çox vaxt aydın olmayaraq qalır. 

 

Elə isə, ən çox cavab axtarılan sualımız ilə başlayaq:

 

Tender nədir? Tender alqı-satqısı nədir?

 

Tender satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların kağız daşıyıcıda və ya elektron formada təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqədir.  

Tender və ya tender termininin başqa bir tətbiqi, səhmdarların satınalma təklifinə cavab olaraq öz səhmlərini və ya qiymətli kağızlarını təqdim etməsidir.

 

Tenderlər kommersiya tenderləri və dövlət tenderləri olaraq da iki yerə bölünürlər:

 

Dövlət tenderləri zamanı yəni dövlət ehtiyacları üçün satınalmalar büdcə vəsaitləri əsasında həyata keçirilir. 

Kommersiya tenderləri isə, dövlət tenderlərindən fərqli olaraq, müştərilərin öz tələbləri, müəyyən olunmuş şərtləri, şəxsi və ya cəlb edilmiş vəsaitləri üzərindən keçirilir.

Yəni, kommersiya tenderləri müştərinin öhdəliyindədir.

 

Tender alqı-satqısı barədə Azərbaycan Respublikasının hər-hansı xüsusi qanunları varmı?

 

Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları haqqında qanunda qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir.

 

İndi isə sadalanan tender növlərinin hər birinə ayrı ayrılıqda nəzər yetirək:

 

Açıq tender:

 

Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi minimum məbləğdən (50 min manat) yuxarı olduqda onların satın alınması açıq tender üsulu ilə aparılır. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti nəzərdə tutulan məbləğdən (50 min manat) aşağı olduqda, satınalan təşkilat hər hansı satınalma metodundan istifadə edir. Satınalan təşkilat bu maddənin tətbiqi üçün məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə bir büdcə ili ərzində müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına malların (işlərin və xidmətlərin) satın alınmasını ayrı-ayrı müqavilələrə (yəni ayrı-ayrı qismlərə) bölə bilməz.

 

Açıq tender prosedurunda təkliflərin cəlb edilməsi üçün respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, həmçinin dövlət satınalmalarının vahid internet portalında elanlar verilirEyni zamanda satınalan təşkilat açıq tender elanı verməklə yanaşı, malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvət göndərə bilər.

 

 

 

 

 

İkimərhələli tender:

Satınalan təşkilat malların (işlərin və xidmətlərin) ətraflı xüsusiyyətlərini müəyyənləşdirə bilmədikdə, satınalmalara dair tələbatını ödəmək üçün ən uyğun qərarı qəbul etmək məqsədi ilə və elmi-tədqiqatlar, eksperimentlər, axtarışlar və ya araşdırmalar aparılması məqsədi ilə müqavilə bağlamaq istədikdə (müqavilədə mənfəətin təmin edilməsi və ya tədqiqatlara və araşdırmalara çəkilən xərclərin ödənilməsi üçün kifayət qədər mal istehsal edilməsinin nəzərdə tutulduğu hallar istisna olmaqla) bu metoddan istifadə edir.

 

 

 

kliflər sorğusu:

Satınalan təşkilat malların (işlərin və xidmətlərin) ətraflı xüsusiyyətlərini müəyyənləşdirə bilmədikdə, satınalmalara dair tələbatını ödəmək üçün ən uyğun qərarı qəbul etmək məqsədi ilə, elmi-tədqiqatlar, eksperimentlər, axtarışlar və ya araşdırmalar aparılması məqsədi ilə müqavilə bağlamaq istədikdə (müqavilədə mənfəətin təmin edilməsi və ya tədqiqatlara və araşdırmalara çəkilən xərclərin ödənilməsi üçün kifayət qədər mal istehsal edilməsinin nəzərdə tutulduğu hallar istisna olmaqla) və yaranmış tələbatın satınalan təşkilat tərəfindən satınalma prosesinin bilərəkdən uzadılmasının nəticəsi olmadığı və belə vəziyyətin yaranacağını əvvəlcədən görməyin mümkün olmadığı şəraitdə malların (işlərin və xidmətlərin) alınması üçün təcili tələbat yarandıqda və açıq tender prosedurunun və ya satınalmanın digər metodlarının tətbiq olunması praktiki cəhətdən məqsədəuyğun olmadıqda təkliflər sorğusu metodundan istifadə edilə bilər.

 

Satınalan təşkilat təkliflər sorğusu proseduruna təkliflərin cəlb olunması üçün əməli cəhətdən məqsədəuyğun sayda üçdən az olmamaq şərti ilə malgöndərənlərə (podratçılara) fərdi dəvətlər göndərir, və təkliflərin verilməsinə maraq oyatmaq məqsədi ilə yerli və beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında bildiriş dərc etdirir.

 

 

 

Məhdud iştiraklı tender:

Satınalan təşkilat həddən artıq mürəkkəb və ya xüsusi xarakterli olduğuna görə müvafiq mallar (işlər və xidmətlər) yalnız məhdud sayda potensial malgöndərənlərdə (podratçılarda) olduqda və çoxsaylı tender təkliflərinə baxılması və onların qiymətləndirilməsi üçün tələb olunan vaxt və xərclər satın alınacaq malların (işlərin və xidmətlərin) dəyəri ilə mütənasib olmadıqda məhdud iştiraklı tender metodundan istifadə edir.

 

 

Qapalı tender:

Mallar (işlər və xidmətlər) müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda satınalan təşkilat qapalı tender metodundan istifadə edir. Həmin ehtiyaclar üçün geyim, əşya, inventar, tibb avadanlıqları, dərman ləvazimatları, xidməti nəqliyyat vasitələri, təmir-tikinti işləri üzrə satınalmalar açıq tender metodu ilə aparılır.

 

 

Tender elanlarının xüsusi bir forması varmı? Tender elanları necə olmalıdır?

 

Tender elan edilməsi alıcı ilə satıcıların əlaqəsini təmin edir. 

Tender elanı bir növ, dəvətdir. Tender elanında onu keçirən haqqında məlumat, tender prosedurlarının başlanması vaxtı və yeri, nəzərdə tutulduğu halda satınalma müqaviləsi ilə əlaqədar vergi və rüsum güzəştləri, tenderdə iştirak üçün tələb olunan sənədlər, əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi göstərilir. 

 

Bunlardan başqa tender təklifinin təminatı şərtləri, göndəriləcək malların adı, miqdarı, çatdırılacağı yer, görüləcək işlərin xüsusiyyəti və yeri, göstəriləcək xidmətlərin təsviri və yeri, malların göndərilməsinin və işlərin başa çatdırılmasının tələb olunan müddətləri və ya xidmət göstərilməsinin qrafiki, iştirak haqqının məbləği və ödənilməsi qaydası, tenderin əsas şərtlər toplusunun tərtib olunduğu dil və ya dillər, tender təkliflərinin verilməsinin son tarixi və yeri və digər məlumatlar da əks etdirilir.

 

Tenderi elan etməzdən əvvəl satınalan təşkilat aşağıdakıları edir:

1) Tender komissiyasını formalaşdırır. Tender komissiyası satınalan təşkilat tərəfindən yaradılan və onun adından tender prosedurlarını həyata keçirən müvvəqqəti işçi qrupudur.

2) Tenderin əsas şərtlər toplusunu hazırlayır. Bu toplu tenderin şərtlərini özündə əks etdirən və iddiaçılara təqdim edilən rəsmi sənəddir.

3) Tender elanını dərc etdirir və tenderdə iştirak etmək istəyən iddiaçı müəssisə və fərdlərə tenderdə iştirak üçün dəvət göndərir.

Tender keçirilən zaman isə müxtəlif sənədlər razılaşdırıla və sənədlər toplusuna daxil edilə bilər.

 

Tender təklifindən başqa hansı sənədlər və nə vaxt satınalan təşkilata təqdim edilməlidir?

 

Tenderdə iştirak etmək üçün ərizə, iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi, malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər (tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri / ehtiyac olduğu halda ixtisas göstəricilərinə dair məlumat / son bir ildəki, əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış, tenderin əsas şərtlər toplusunda nəzərdə tutulduğu halda işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə (konkret subpodratçının adı göstərilməklə) məlumatlar satınalan təşkilata tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış təqdim olunmalıdır. Elektron keçirilməyən tenderlərdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi də əlavə olaraq təqdim olunur.

 

 

Satınalmaları virtual qaydada həyata keçirmək olarmı?

 

Bəli, sadalanan əyani formalarla yanaşı siz həm də tender satınalmalarını virtual qaydada, online şəkildə həyata keçirə bilərsiniz. Bu zaman sizin köməyinizə etender.gov.az gəlir.

etender.gov.az – Dövlət satınalmaları üçün vahid internet portalı, dövlət satınalmalarının effektiv planlaşdırılması və icrasına imkan verir. Portal vasitəsilə tender komissiyasi iclaslarının virtual təşkili, satınalma nəticələrinin avtomatik rejimdə müəyyən olunması və qərarın bir iş günü ərzində qəbul edilməsi mümkündür. Eyni zamanda, portal vasitəsi ilə siz tender satınalmaları ilə bağlı qanunlardan, ən son yeniliklərdən və il ərzində həyata keçirilmiş dövlət satınalmaları haqqında hesabatlardan da xəbərdar ola bilərsiniz.

 

 

Qeyd etdik ki, tender alqı-satqısı həm də online formada keçirilir. 

Bu zaman isə tender saytlarına üz tuta bilərik. 

 

Tender sayt nədir?

 

Tender saytlar öz müştəri bazaları olan satış saytlarıdır. Siz orada, asanlıqla qanuna uyğun formada alqı-satqı həyata keçirə bilərsiniz. Hansı ki, üstünlüklərindən biri də, alqı-satqı zamanı bəzi saytlar müştərilərinə əlavə sənədlər təqdim edir, məsələn, tender sənədlərinin təhlili, tender ərizələri və s. Bu isə müştəriləri tender saytlarına daha çox güvənməsinə, tender saytlarının uğurlu və güvənilir platformalar olmasına gətirib çıxarır.

 

Bəs hansı Tender saytları var? Tender sayt nədir? Tender satınalması zamanı hansı saytlardan istifadə edə bilərik?

 

https://tender.az

https://www.tst.com.az

https://supl.biz

Tender alqı-satqısı zamanı bu saytlara keçid edərək, yoxlaya və sizin üçün uyğun olanı seçə bilərsiniz.

 

Tender alqı-satqısı zamanı yaranan hər-hansı hüquqi və maliyə problemlərində SAMADOV Hüquq və Audit sizin yanınızdadır!

Siz düşünməyin, Biz həll edərik!

Получи ценовое предложение

Пишите онлайн!
Обычно отвечает в течение часа

Привет 👋

Чем мы можем вам помочь?
02:48
×
Пишите онлайн!