Pos-terminalın quraşdırılmasını zəruri edən bir neçə səbəb
var, bunlar aşağıdakılardır :
1.
Dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat
subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata
alındığı tarixdən);
2. Rüb üzrə orta
aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün
təsərrüfat subyektləri (obyektləri) ;
3. Hüquqi şəxslərə
və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını
həyata keçirən nəqliyyat vasitələri;
4. Dövriyyəsindən
və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr,
idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə
obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava,
su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin
satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat
subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);
5. Vergilərin və
göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini
qəbul edən dövlət orqanları.