Hər bir müəssisənin
sahibkarlıq subyekti və fəaliyyət sahəsindən asılı olaraq Dövlət Vergi Xidməti,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi və
başqa dövlət orqanlarına təqdim etməli olduğu aylıq, rüblük, illik #hesabat növləri mövcuddur. Bu hesabatların təqdim
edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə maliyyə
sanksiyaları və cərimələr mövcuddur.
Vergi Məcəlləsi Maddə - 57 Bənd - 57.3:
Bu Məcəllənin 23.1.2-ci və 23.1.2-1-ci maddələrində
göstərilən sənədlərin (o cümlədən elektron formatda məlumatların) müəyyən
edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim
edilməsinə, habelə bu Məcəllənin 16.1.4-2-ci maddəsində göstərilən məlumat
formasının müəyyən edilmiş müddətdə təqdim edilməməsinə və ya təqdim edilmiş məlumat
formasında təhrif olunmuş məlumatların göstərilməsinə, bu Məcəllənin 16.1.6-cı
maddəsində nəzərdə tutulan halda #vergi hesabatı təqdim edilərkən vergi orqanının tələbi
ilə #maliyyə hesabatlarının təqdim edilməməsinə, o cümlədən
vergi orqanlarının bu Məcəllənin 42.4-cü maddəsinə əsasən edilmiş müraciətinin
həmin maddədə göstərilən müddətdə icra edilməməsinə, habelə sənədlərin və ya məlumatların
bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş müddətdə üzrlü səbəb olmadan
saxlanılmamasına görə vergi ödəyicisinə #1000manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.