Dövlət orqanının, müəssisə,
idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin
sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən
olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti #ezamiyyət sayılır. Təşkilatların işçilərinin
ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən
edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Ezamiyyət 2 cür olur:
1. Daxili ezamiyyət
2. Xarici ezamiyyət
Ezamiyyələr zamanı müvafiq #əmrlə yanaşı, işçiyə bu
qaydaların əlavəsinə uyğun olaraq «Ezamiyyə vəsiqəsi»
verilir. İşçilərin ezamiyyət müddəti təşkilatların
rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət
hesaba alınmamaqla, bu müddət #40 gündən
yuxarı ola bilməz. Ezam olunan işçiyə
ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul #avansı verilir. İşçi ezamiyyətdən
qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını #3 gün ərzində təqdim
etməlidir.