Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq
edən əsas sənəddir. Əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən
bütün işçilər üçün əsas iş yerində açılır. İşə qəbul olunan işçi əmək
kitabçasını və şəxsiyyətini təsdiq edən sənədi işəgötürənə təqdim etməlidir.
İlk dəfə əmək müqaviləsi bağlanarkən əmək kitabçası tələb edilmir. Əmək
kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya
qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq
Agentliyinin yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət
dilində aparılır. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər
aparılır:
1. İşçinin soyadı,
adı, atasının adı , doğulduğu gün, ay, il, təhsili;
2. İşçinin işə
götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat
tarixi (gün, ay, il) göstərilməklə;
3. “İş haqqında məlumat”
bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır;
4. İşçinin qəbul
edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında.
Eyni zamanda məlumat
üçün bildirmək istəyirik ki, əmək kitabçasının birinci səhifəsində işçi
haqqında məlumatları işçi şəxsi imzası ilə təsdiq etməlidir.