Vergi ödəyicilərinin təsərrüfat subyekti (obyekti) olduqda həmin
təsərrüfat subyekti (obyekti) vergi məcəlləsinə uyğun olaraq vergi uçotuna
alınmalıdır. 01.01.2022 tarixindən etibarən Vergi Məcəlləsinə edilmiş
dəyişikliyə əsasən müəssisənin obyekt kodunun olmamasına görə mikro sahibkarlıq
subyektlərinə 40 AZN, kiçik, orta və iri sahibkarlıq subyektlərinə
isə 400 AZN məbləğində cərimə tətbiq ediləcəkdir.
İstinad : Vergi Məcəlləsi Maddə, Bənd 58.2-1.
Vergi
ödəyicisinin bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat
subyektinin (obyektinin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada vergi orqanlarında uçota
alınmamasına və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif
olunmuş məlumatın verilməsinə görə mikro sahibkarlıq subyektlərinə,
qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan
şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə 400 manat
məbləğində maliyyə sanksiyası tətbiq edilir.