Əmək kitabçalarının açılması və doldurulması

Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. İşə qəbul olunan işçi əmək kitabçasını və şəxsiyyətini təsdiq edən sənədi işəgötürənə təqdim etməlidir. İlk dəfə əmək müqaviləsi bağlanarkən əmək kitabçası tələb edilmir. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində aparılır. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır:

1. İşçinin soyadı, adı, atasının adı , doğulduğu gün, ay, il, təhsili;
2. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə;
3. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır;
4. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında.

Eyni zamanda məlumat üçün bildirmək istəyirik ki, əmək kitabçasının birinci səhifəsində işçi haqqında məlumatları işçi şəxsi imzası ilə təsdiq etməlidir.

Get a price offer

Write online!
Typically replies within an hour

Hi there 👋

How can I help you?
08:43
×
Have any Questions?