Audit

Biznesinizin uğurlu olması üçün lazımi nüansları sadaladıqda, sözsüz ki, Audit yoxlamasını unutmaq olmaz. 

 

          Bəs audit yoxlaması nədir və nə üçün lazımdır?

 

Audit yoxlaması – ümumi müəssisənin və ya maliyə hesabatının yoxlamasıdır.

“Auditor haqqında” AR Qanununda göstərilir ki, audit yoxlanması məcburi və ya könüllü (təsərrüfat subyektlərinin öz təşəbbüsü ilə) ola bilər. 

Qanunvericiliyə görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunvericilik aktları ilə bilavasitə nəzər tutulmuş hallarda və ya səlahiyyətli dövlət orqanlarının müvafiq qərarlarına əsasən (onların sifarişi ilə) həyata keçirilən audit məcburi, digər hallarda isə könüllüdür. 


          Daxili audit nə üçün lazımdır?

Bəzən şirkətlər mühasibatlıq tərəfindən onlara ötürülən maliyyə informasiyalarının düzgünlüyünü yoxlamaq və maliyyə hesabatını təsdiq etmək üçün auditorlar dəvət edirlər. Bu zaman auditor şirkətin maliyyə hesabatlarını və sadalanan:

·      hesabatlarının düzgünlüyünün təsdiqi və ya onların qeyri – düzgün olmasını

·      yoxlanılan dövürdə məsrəflərin, gəlirlərin və müəssisənin fəaliyyətinin maliyyə nəticələrinin uçotda və hesabatda dolğun, düzgün və dəqiq əks etdirilməsini

yoxlayır, problemləri üzə çıxarır, rəy verir, lazım gələrsə sifarişçinin sifarişi ilə müəssisənin maliyə vəziyyətini yaxşılaşdırmaq üçün lazımi düzəlişlərin edilməsinə kömək edir. 


          Nə zaman məcburi audit lazımdır?

·      Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektiniz varsa;

·      Habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda audit həyata keçirilməli olan subyektiniz varsa.

 

      Siz SAMADOV HÜQUQ VƏ AUDİT ‘in peşəkar auditorlarına öz şirkətinizi həvalə edə, audit xidmətindən yararlana bilərsiniz!


          SAMADOV Audit xidmətlərinə daxildir:

  • Maliyyə hesabatlarının auditi 
  • Maliyyə hesabatlarının nəzarəti 
  • Maliyyə hesabatlarının hazırlanması xidməti
  • Xüsusi təyinatlı audit
  • Məhkəmə-mühasibat ekspertizyası və tədqiqatları 
  • İnformasiya sistemləri və nəzarət sisteminin təftişi
  • Daxili audit
  • Daxili auditin nəticələrinə uyğun olaraq uçotun və sənədləşmənin bərpası

           Siz düşünməyin, Biz həll edərik!

Xidmət təklifi al

Onlayn yaz!
Adətən bir saat ərzində cavab verir

Salam 👋

Sizə necə kömək edə bilərik?
08:19
×
Sualınız var?