Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi


Ödəmə mənbəyində vergi Azərbaycan Respublikası Vergi Məcəlləsində vergilərin bir növü kimi nəzərdə tutulmayıb, gəlir əldə şəxs əvəzindən bu gəliri ödəyən şəxsin ödədiyi vergilər hesab olunur. Qeyri-rezident hüquqi şəxslər və fərdi sahibkarların Azərbaycan mənbəyindən əldə olunan gəlirlərindən rezident vergi ödəyiciləri tərəfindən müvafiq vergilər tutulur, bəyan edilir və büdcəyə ödənilir. Əlavə olaraq, Vergi Məcəlləsində rezident vergi ödəyicisindən Azərbaycan daxilində ödəniş həyata keçirərkən fiziki şəxslərin gəlirinin ödəmə mənbəyində tutulmasını nəzərdə tutan xüsusi hallar mövcuddur.  

Azərbaycanda ödəmə mənbəyində tutulan vergilər aşağıdakı kimi qruplaşdırılır:

1.      1.Qeyri-rezident şəxslər üzrə ödəmə mənbəyində vergi- rezident vergi ödəyicisi tərəfindən qeyri-rezident hüquqi şəxslərin Azərbaycan mənbəyindən əldə olunan gəlirlərindən tutulur;

2.      2.Azərbaycan daxilində ödəmə mənbəyində tutulan vergilər- Rezident müəssisələr tərəfindən vergi ödəyicisi olmayan şəxslərin gəlirlərindən tutulan vergilər.

 

Azərbaycan daxilində tətbiq edilən ödəmə mənbəyində tutulan vergilər:

 

1.      Dividend gəliri – 10%. Azərbaycan Vergi Məcəlləsində bununla bağlı hər hansı fərqli tənzimləmə nəzərdə tutulmur və yuxarıda izah olunan müddəa burada da tətbiq olunur.

2.      Faizlər – 10%. Azərbaycan Vergi Məcəlləsində bununla bağlı hər hansı fərqli tənzimləmə nəzərdə tutulmur və yuxarıda izah olunan müddəa burada da tətbiq olunur.

3.      İşçilərin əməkhaqqısı və vergi ödəyicisi olmayan şəxslərin gəlirləri – İşəgötürən işçilərin maaşları, mükafatlar və bu qəbildən olan digər ödənişlərdən 14% (2500 manatdan yuxarı olduqda 25%) dərəcə ilə vergi tutur. İşçilərin gəlir vergisi haqqında ətraflı məlumat üçün buradakı məqaləmizə baxın.

4.      İcarə haqqı – 14%. Əgər icarəyəverən vergi ödəyicisi deyilsə, bu zaman qeydiyyatdan keçmiş vergi ödəyicisi icarə haqqlarını ödəyərkən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutub büdcəyə ödəməlidir. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir. Həmçinin, hüquqi şəxslər icarə haqqından gəlirlər üzrə 20% dərəcə ilə mənfəət vergisi ödəməlidir.

5.      Royalti – 14% Rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə 14% dərəcə ilə vergi tutulur.

6.      Daşınmaz əmlakın satışından gəlir vergisi. Burada xüsusi hesablamalar tətbiq edilir. Daşınmaz əmlakın satışı ilə məşğul olan notariuslar və hərrac təşkilatları Vergi Məcəlləsinə uyğun olaraq, satış məbləğindən müəyyən faizlərlə vergi tutulmasını həyata keçirirlər.

7.      1% nağdlaşdırma vergisi. Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə vergi hesablanır.

8.      Ödəmə mənbəyində tutulan vergilər üzrə xüsusi hallar. Lotereya və qumar oyunlarından əldə edilən gəlirlər, nağd ödənişlər haqqında qanuna uyğun olaraq vergi ödəyicilərinə nağd ödənişlər və s.


Xidmət təklifi al

Onlayn yaz!
Adətən bir saat ərzində cavab verir

Salam 👋

Sizə necə kömək edə bilərik?
08:09
×
Sualınız var?