Konsultasiya üçün zəng
+994 51 230-29-21

Məzənnə fərqindən gəlir və ya xərc nədir?

Məzənnə fərqindən yaranan gəlir və ya xərc vergi məcəlləsinin 69.2 maddəsinə əsasən Mərkəzi Bankın idxal və ödəniş tarixlərindəki məzənnələrinə nisbətən hesablanır. Həmçinin, məzənnə fərqindən gəlir və ya xərc Mənfəət/Gəlir Vergisi Bəyannaməsində öz əksini tapır.

Məzənnə fərqindən gəlirin/xərcin yaranmasını misal üzərindən izah edək:

A şirkəti 15.06.2021 tarixində xaricdən, dəyəri 10 000$ olan mal idxal edib. 15.06.2021 tarixinə dolların Mərkəzi Bank tərəfindən təyin etdiyi məzənnə 1.7 manatdır. Lakin malların dəyərinin ödənişi 15.12.2021 tarixində icra olunub və bu tarixdə 1 dollar üçün Mərkəzi Bank tərəfindən təyin olunmuş məzənnə 1.71 manatdır. Yəni malı əldə edərkən malın dəyəri, 10 000$*1.7=17 000 manat, malın dəyərinin ödənildiyi tarixdə isə 10 000$*1.71=17 100 manat. Yəni, 10 000$-lıq malın dəyəri aldığımız gün üçün 17 000 manat idisə, ödəniş edərkən 17 100 manat olmuşdur ki, bu zaman əlavə 100 manat ödənilmiş oldu. Və bu məbləğ məzənnə fərqindən yaranan xərc sayılır. Əks halda isə, məzənnə fərqindən gəlir sayılır ( idxal zamanı məzənnə-1.71, ödəniş zamanı məzənnə-1.7).

Xidmət təklifi al

Onlayn yazın!
Adətən bir saat ərzində cavab verir

Salam 👋

Hansı xidmətlə maraqlanırsınız?
16:05
×
Onlayn yazın!