Startap şəhadətnaməsi və üstünlükləri
1. “Startap” şəhadətnaməsi gəlir və ya mənfəət əldə
etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli,
eləcə də digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməyən məhsul
(xidmət) istehsalı üçün təqdim edilir.
2. “Startap” şəhadətnaməsi almaq üçün mikro və
kiçik sahibkarlıq subyektlərinə təqdim olunur.
3. “Startap” şəhadətnaməsini alan mikro və kiçik
sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun
olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri
gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.
4. “Startap” şəhadətnaməsinin alınmasına dair bizə
müraciət edə bilərsiniz.