Məzuniyyət qrafikinin hazırlanması və qeydiyyatının aparılması

ARƏM-nin 133-cü maddəsinin 1-ci bəndində deyildiyi kimi, istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər.
Məzuniyyət cədvəlində əsas aşağıdakı məlumatlar əks etdirilməlidir:
1) İşçilərin siyahısı: məzuniyyət qrafikində əmək müqaviləsi əsasında fəaliyyət göstərən bütün işçilərin siyahısı əks etdirilməlidir.
2) Məzuniyyət günlərinin sayı: Məzuniyyət cədvəlində işçiyə düşən məzuniyyət günlərinin sayı göstərilir.
ARƏM-nin 137-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir. Bu zaman məzuniyyət cədvəlinə yeni sütun əlavə edirik. İşəgötürənin təşəbbüsü ilə məzuniyyət hissələrə bölünərək verilirsə, o zaman müvafiq xanalarda İşçilərin razılığını təsdiq edən imzalar olmalıdır.
Nəzərə alaq ki, hər bir İşəgötürən özünə uyğun şəkildə məzuniyyət cədvəli tərtib edə bilər.

Sizdə bu və digər tipdə  İnsan Resurslarının idarə olunması xidmətlərini Samadov-a həvalə edə bilərsiz!



Xidmət təklifi al

Onlayn yaz!
Adətən bir saat ərzində cavab verir

Salam 👋

Sizə necə kömək edə bilərik?
07:55
×
Sualınız var?