Aliment

Təəssüf, statistikaya əsasən ölkəmizdə boşanmaların sayı günü-gündən artır. Bu zaman tərəfləri bir neçə mövzu düşündürür. 

Aliment - boşanma zamanı tərəfləri maraqlandıran başlıca mövzulardan biridir.

Hansı şərtlərlə aliment ala biləcəkləri, nə qədər aliment alacaqları və s.

Gəlin bu barədə ətraflı məlumatlara nəzər yetirək.

 

Azərbaycan qanunvericiliyinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu vəzifə isə qeyd etdiyimiz kimi yalnız bir valideynin yox, hər iki valideynin borcudur. 

Bəzən isə hətta evlilik dövründə valideynlərdən biri öz vəzifələrini yerinə yetirmirlər. Bəs bu zaman nə etməli?


Evli olduqda da aliment tələb etmək olarmı?

Bəli, əgər valideyn uşağı saxlamırsa, onun ehtiyaclarını ödəmir, normal həyat yaşaması üçün heç bir pul vermirsə, bu zaman məhkəməyə müraciət edərək aliment olaraq tələb etmək olar. 

 

Bildirmək istərdim ki, qeyd olunan hər bir aliment formaları, yalnız qadınların aliment alması ilə bağlı deyil, hər iki tərəfə aiddir. Çünki Azərbaycan Respublikasında qadın və kişi hüquqları bərabərdir və sadalanan qanunların, hüquqların, vəzifələrin hər biri həm qadınlar həm də kişilər üçün keçərlidir.

 

Bəs boşanma zamanı aliment məbləği necə təyin olunur və ya necə hesablanır?

Valideynlər ayrılan zaman uşağları saxlamaq üçün aliment ödənilməsi barədə saziş bağlamaq hüququna malikdirlər. Yəni, müəyyən bir məbləğdə razılaşma olarsa, aliment ödəməli olan şəxsin həmən məbləği ödəməsi kifayətdir.

 

Alimentin ödənilməsi barədə razılaşma olmadığı halda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

Bəzən isə qeyd olunan miqdarlar, məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Bəzi hallarda isə, aliment ödəməli olan tərəfin gəliri, dəyişən olarsa və ya gəlirinin hamısı xarici valyuta və ya natura ilə alırsa, yaxud onun qazancı və ya başqa gəliri yoxdursa, eyni zamanda alimentin valideynin gəlirindən müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də az öncə qeyd etdiyimiz, uşaq sayına uyğun olaraq gəlirin müəyyən hissəsi kimi müəyyən edilə bilər.

 

 

 

 

Sizin 2 və daha çox övladınız var, və boşanan zaman uşaqların biri(bir neçəsi) tərəflərdən biri ilə, uşaqların digəri (bir neçəsi) tərəflərdən digəri ilə qalırsa, aliment necə müəyyən olunur? 

Bu halda, daha az təminatlı tərəfə aliment ödənə bilər.

Adətən, aliment tutulan zaman, boşanmadan sonra, uşağa minimum təsir olması üçün, əsasən uşağın ailənin birlikdə olduğu dövrdə yaşadığı şərait də nəzərə alına bilər. 

 

Məhkəmə qaydasında müəyyən olunan alimenti ödəməli olan tərəf, aliment ödəməkdən məcburiyyətdən və ya qərəzli formada boyun qaçırarsa, hansı hallar baş verər?

Bu halda, icra məmuru, alimentin ödənilməməsi səbəbini araşdırır, həmən şəxsin əmlaklarına, aylıq gəlirinə yenidən baxılmağa başlayır.

İcra orqanı yoxlanışın nəticəsində əgər hər hansı bir mülkün olduğunu, şəxsin aylıq qazancının olduğunu aşkar edərsə, qərar qəbul edilir və qərar qəbul edildikdən sonra könüllü formada 7 gün ərzində alimentin ödənilməsi üçün vaxt verilir. Yenidən qərəzli şəkildə ödənmirsə, məhkəməyə müraciət edilərək, həmən şəxsin cərimələnməsini və ya həbs qərarı istəmək olar. 

 

Əgər, aliment ödəməli olan tərəf, doğurdan da, qərəzli şəkildə deyil, ödəmə imkanının olmadığı üçün ödəmirsə, işsizlik haqqında, heç bir gəlirinin olmaması haqqında sənədləri icra məmuruna təqdim edirsə, həmən şəxs Dövlət Məşğulluq Agentliyinə yönləndirilir və işlə təmin olunduqdan sonra yenidən aliment tələb olunur.

Dövlət Məşğulluq Agentliyinin təmin etdiyi işdə çalışmaq istəməzsə və ya çalışdığı halda yenidən alimenti ödəməkdən imtina edərsə, qarşı tərəfin yenidən cərimə və həbs qərarı halları üçün müraciət etmək haqqı yaranır. 

 

Əgər sizin də, alimentlə bağlı əlavə hər-hansı bir sualınız yaranarsa və ya aliment alınması ilə bağlı vəkil xidmətinə ehtiyacınız olarsa, düzgün ünvanda olduğunuzu və istənilən vaxt müraciət edə biləcəyini bildirmək istərdik. 

 

SAMADOV Hüquq və Audit, sizin hüquqlarınızı qoruyaraq, hər zaman yanınızdadır!

Siz düşünməyin, Biz həll edərik!

Xidmət təklifi al

Onlayn yaz!
Adətən bir saat ərzində cavab verir

Salam 👋

Sizə necə kömək edə bilərik?
08:44
×
Sualınız var?